RU

Lavrov: Kiprlilər arzuladığı kimi yaşamalıdırlar, həm şimalda, həm də cənubda

Arzulayıram ki, kiprlilər arzuladığı kimi yaşasınlar, həm cənubda, həm də şimalda.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

O, Şimali Kiprdə (Şimali Kipr Türk Cumhuriyyəti-red.) 10 mindən çox rusiyalının yaşadığını, Moskvanın onlara konsulluq xidməti göstərdiyini söyləyib.

Lavrov kiprlilərin necə yaşamaları haqqında qərarı özlərinin verməli olduğunu qeyd edib, kənardan onlara deyilənlərə qulaq asmamalarını məsləhət görüb.

Избранный
3
1
apa.az

2Источники