İran nüvə proqramı və hava hücumundan müdafiə sistemləri ilə bağlı yardım almaq üçün Rusiya ilə gizli danışıqlar aparır. Bu barədə “The Times” yazır.
Qeyd olunur ki, İranın ali dini lideri Xamneyinin baş müşaviri Əli Laricaninin Moskvaya gizli uçuşlar həyata keçirməsi İran-Rusiya münasibətlərinin dərinləşməsindən və bir-birinə təsirinin artmasından xəbər verir. Qərb qorxur ki, Moskva “İranın nüvə proqramı ilə bağlı əvvəllər müəyyən edilmiş qırmızı xətləri keçməyə hazırdır, çünki Rusiya raket və dronların tədarükündə İrandan asılıdır”.
Mənbələr bildiriblər ki, Tehran Hizbullahı yenidən silahlandırmaq üçün Kremldən maddi-texniki yardım da istəyib.
Ülviyyə, Hurriyyet.az