Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Demokrat.az-açıqlamasında bildirib ki, bütün zamanlarda zəriflik və incəlik anlayışı gözəllik və cəlbediciliyin göstəricisi kimi qəbul edilib:
“Amma zəriflik böyük ombalar, şar kimi şişirilmiş süd vəziləri, bir qarış irəliyə sıçramış dodaqlar, kəsilməkdən yoxa çıxmış burun olmayıb. Hər dövrün öz gözəllik trendləri olur. Çox qadın bu yolda öz sağlamlığından, təbii görüntüsündən olur. Qaş düzəltmək yerinə vurub göz çıxarmaqları onlara baha başa gəlir. Kaman qaşlar, incə dodaqlar gözəllik etalonu sayılmayalı çox zaman olub. İndi arıq, sinəsi və ombası süni formada böyüdülmüş, qaşları rənglənmiş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar etalon sayılır. Təbii ki, gözəllikdən anlamayanlar üçün”.
Sosioloq onu da qeyd edib ki, gizli şəkildə bu proses təbliğ edilir:
“Bu vəziyyətə qadınlarımız birdən-birə gəlmədi. İllərdir gizli-aşkar buna hazırlıq prosesi gedirdi. Sizə, “Barbie” gəlincikləri sadəcə uşaqlar oynasın deyə istehsal edilirdi?
Əlbəttə ki, yox. O gəlincikləri xüsusi planla hazırlayırdılar, sarı saçları, ətli dodaqları, uzun ayaqları, göy gözləri, dartılmış qaşları, dik sinəsi və ombası qız uşaqlarının hələ körpəlikdən gözəllik standartlarını formalaşdırırdı.
Eləcə də filmlərdə, seriallarda bu standartlara uyğun qızlar çəkilirdi, reklamlarda onlara xüsusi yer verilirdi. Beləcə insanların gözəllik standartlarını yavaş-yavaş dəyişdilər. Spesifik görünüşü ürəkləri titrədən, saf gözəlliyi ilə əks-cinsi riqqətə gətirən qızlar yoxdur daha. Nə o qönçə dodaqlar var, nə sümüyü azacıq qabarıq burunlar, nə alma yanaqlar. 17-18 yaşadək tibbi prosedurlar, müdaxilələr enib ”.
Leyla Turan
Demokrat.az
10Источники
-
demokrat.azSosioloq: “1500 manata sürücülük vəsiqəsi alan kişilər qadınlara rişxənd edirlər” ( 15018081)
-
kulis.azHəmin qadınlara “şeytan” demək... - Aysel Əlizadə ( 15009617)
-
demokrat.azTahir Əmiraslanov: "Qadın üçün mətbəx iş məsələsi deyil, eşq məsələsidir" ( 14997239)
-
hurriyyet.azDünyada kişilər, bizdə isə qadınlar AZALIR – Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR? ( 14990577)
-
turkustan.azDünyada kişilər, bizdə isə qadınlar AZALIR – Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR? ( 14979527)
-
bizim.mediaDünyada kişilər, bizdə isə qadınlar AZALIR – Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR? ( 14978095)
-
demokrat.azSürücülük vəsiqəsi imtahanından keçmək üçün 5 MƏSLƏHƏT ( 14977873)
-
viral.azQadınlara pulla bağlı ŞAD XƏBƏR: 2030-cu ilə qədər görün nə edəcəksiniz ( 14945005)
-
yenigundem.azQadınlara pulla bağlı ŞAD XƏBƏR: 2030-cu ilə qədər görün nə edəcəksiniz ( 14944917)
-
avtosfer.az“Niyə qadınların alt paltarına bənzər şort geyinməsinə etiraz edilmir, amma kişilərin…” - SOSİOLOQ ( 14941529)