RU

Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli


BAKTERİYALOGİYA ELMİNİN ƏSASINI QOYMUŞ ALİM
("Mikrobu kim kəşf edib?" adlı məqalədən)
Məqalə 2011-ci ildə yazılıb.
Xəstəliklərin müalicəsi, şübhəsiz, hansı yollarla yoluxub yayılmasının təsbitinə bağlıdır. Ağ Şəmsəddin bu sahədə uzun müddət araşdırma apardıqdan sonra “Maddətul həyat” adlı əsərində belə bir nəticəyə gəldi:
“Xəstəliklərin insanlarda tək-tək ortaya çıxdığını hesab etmək qüsurludur. Xəstəlik insandan insana yoluxma yolu ilə keçər. Bu yoluxma gözlə görülməyəcək qədər kiçik, lakin canlı toxumlar vasitəsilə olur”.
Bu ifadələrlə Ağ Şəmsəddin mikrobun tərifini vermiş, hər cür xəstəliyin gözlə görünməyəcək qədər kiçik canlıların meydana gətirdiyi fikrini dünyada ilk dəfə olaraq irəli sürmüş oldu. Mikroskopun XVII əsrin yarısından sonra kəşf edilməsinə diqqət yetirsək, Ağ Şəmsəddinin bu fikirlərinin dəyəri daha yaxşı anlaşılar. İsmail Xami Daneşmənd “Tarixi həqiqətlər” adlı əsərində bu barədə belə yazır:
“Ağ Şəmsəddinin mikroblar haqqındakı izahatı bir nəzəriyyə deyil, təcrübəyə dayanan bir kəşf mahiyyətindədir. “Maddətul həyat” adlı tibbi əsərində xəstəliklərin orqanizmə daxil olan bir qrup gözlə görünməyən toxumlardan hasil olduğunu, yəni bədənə daxil olan bu canlılardan törəyən xəstəliklərin meydana çıxmasını izah edərək bakteriyalogiya elminin əsasını qoymuşdur. Nəticə etibarilə Ağ Şəmsəddin dünya tibb tarixində çox böyük və nurlu şəxsiyyət olmuşdur”.
Ağ Şəmsəddindən 400 il sonra fransız kimyaçısı və biologiya alimi L.Paster (1822-1895) laboratoriya şəraitində apardığı təcrubələrlə eyni nəticəyə gələrək, mikrobun bir çox xəstəliklərə səbəb olduğunu elm aləminə qəbul etdirə bilmişdi.

Избранный
9
nuh.az

1Источники