RU

Rusiya Ermənistanı qazla təhdid edir

“Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxsa, Rusiya qazın qiymətini qaldırmağa hüquqi məhdudiyyət qoymayacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan “Ermənistan xəbərləri” –nin müxbiri ilə söhbətində deyib.

O, həmçinin xəbərdarlıq edib ki, belə bir halda Rusiya Ermənistan mallarına daha sərt gömrük nəzarəti və daha sərt fitosanitar nəzarət tətbiq edə bilər.

“Bundan əlavə, bu gün Rusiyanın Aİİ-dən olan işçi qüvvəsinə münasibəti nisbətən mülayimdir, lakin Ermənistan bu ittifaqı tərk edərsə, işçilər də bu əmək bazarını tərk edəcək”, - deyə Aramyan əlavə edib.

Избранный
16
cebheinfo.az

1Источники