Los-Anceles ərazisində davam edən meşə yanğınlarına görə dəyən iqtisadi ziyanın məbləği açıqlanıb.
Publika.az xəbər verir ki, Los-Anceles bölgəsi yanvarın 7-dən bəri tarixdə ən böyük yanğınlardan birini yaşayır.
Güclü külək səbəbindən sürətlə yayılan yanğınlarda 160 min hektardan çox ərazi külə dönüb.
Nəticədə dəyən ümumi zərər və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.