RU

BMT-nin Ermənistandakı ofisi qarşısında aksiya keçiriləcək: Bakıdakı erməni məhbusların azad edilməsi tələbi ilə

Bir qrup Artsax təşkilatının təşəbbüsü ilə yanvarın 17-də saat 11:30-da BMT-nin Ermənistandakı ofisinin binasında erməni əsirlərin azad edilməsi tələbi ilə ictimai aksiya təşkil olunacaq. Aksiya iştirakçıları daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin binasına yürüş edəcəklər.

Herbiand.az bu barədə Ermənistan mətbuatına istinadən bildirir.

“Azərbaycanda saxlanılan 16 məhbusun qanunsuz məhkəmə prosesinin başlanması münasibəti ilə təşkil olunacaq aksiya ilə həm Ermənistan hakimiyyətinə, həm də beynəlxalq ictimaiyyətin müxtəlif üzvlərinə erməni əsirlərin azad edilməsi tələbləri və hüquqlarının müdafiəsinin olması nəzərdə tutulur. "Soydaşlarımızın azadlığı və erməni xalqının kollektiv ləyaqəti naminə bizə qoşulun", - Artsax təşkilatları qrupunun bəyanatında deyilir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
7
herbiand.az

1Источники