Fransada bir polis məmuru 2023-cü ildə saxladığı fələstinlini döyərək ölümünə səbəb olmaqda günahlandırılıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Paris Prokurorluğunun məlumatına görə, bir polis məmuru 2023-cü ildə iğtişaşa qarışdığı üçün saxladığı fələstinlinin ölümünə səbəb olmaqda günahlandırılıb.
Məhkəmə nəzarəti altına alınan polis əməkdaşı proses başa çatana qədər vəzifəsindən kənarlaşdırılıb.
Bəzi media mənbələri fələstinlinin ölümünə səbəb olmaqda ittiham olunan polis məmurunun İsrail əsilli olduğunu bildirib.
Əli Hüseynov