Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Demokrat.az-a verilən məlumata görə, şirkət bu təşəbbüsü reallaşdıraraq, ictimai əhəmiyyətli “Həyat. İdman. İncəsənət” adlı rəsm əsərlərinin sərgisini təşkil edib.
Yanvarın 13-də “Zaman Art Gallery” sərgi salonunda baş tutan tədbirdə “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri incəsənət və idman dəyərlərinə dəstək nümayiş etdiriblər.
Əvvəlcə istedadlı rəssamların yaradıcılığının təşviqi məqsədilə, onlara idman mövzusuna aid təsvirlərin yaradılmasını sifariş edilib. Bir neçə ay çəkən layihə nəticəsində hər biri idmanın özünəməxsus qavrayışını, onun böyüklüyünü, qalib gəlmək və arzusunu əks etdirən əsərlər yaradılıb.
Sərgidə rəssamların rəsm, qrafika, heykəltəraşlıq və mozaika da daxil olmaqla müxtəlif üslub və texnikaya malik əsərləri nümayiş olunur. Onların arasında incəsənət ustaları İrina Eldarovanın “Qələbə”, Rafail Aliyevin “Qaçış”, Niyaz Nəcəfovun “Boksçular”, Aynurə Mahmudovanın “Qimnast”, Hüseyn Haqverdiyevin “Üzgüçü”, Günel Ravilovanın “Ailə oyunu”, Orxan Qarayevin “Oxatan”, Sayalı Məmmədovanın “Yelkənlər üzərində bir hekayə”, Rəşad Mehdiyevin “Gimnastika”, Vüsalə Ağarazıyevanın “Tennis”, Rahib Qarayevin “İncəbelli” və Teymur Qəribovun “Boksçular” adlarında rəsm kompozisiyası ərsəyə gəlib. Burada həmçinin, Məhəmməd Orucevın “Güləşçilər”, Erkin Ələkbərlinin “Qimnast”, Bibixanım Babayevanın “Çovqan”, Fazilə Rəcəbovanın “Qimnast” və başqalarının işlərini də görmək olar.
Sərginin məqsədi – idmanı təkcə fiziki fəaliyyət kimi deyil, həm də böyük işlərə və nailiyyətlərə ruhlandıran bir sənət kimi təqdim etmək, həmçinin idman təşəbbüslərinin dəstəklənməsi mövzusuna diqqəti cəlb etməkdir.
Azərbaycan zəngin idman ənənələri və uğurlu idmançıları ilə tanınan bir ölkədir. “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətlərinin təşəbbüsü cəmiyyətə, idmanın həm də birlik və iradə gücünün olması mesajını çatdıraraq, Azərbaycanın idman mədəniyyətini və ölkənin idman sahəsindəki nailiyyətlərini vurğulamaq məqsədini güdür.
Sərgidə Gənclər və İdman Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə yanaşı, şirkətin Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri də iştirak edib.
Tədbirdə çıxış edən Şirkətin Direktorlar Şurasının sədri Kamal İbrahimov jurnalistlərə müsahibəsində bildirib ki, rəsm əsərləri, incəsənət dəyərlərini ifadə etmənin və yaymağın təsirli bir yoludur.
“Məqsədimiz, rəsm əsərləri vasitəsilə insanların estetik zövqünü artırmaq, cəmiyyətə mədəni irsin təsirini hiss etdirmək, və yaradıcı düşüncəyə malik fərdlərin sayını çoxaltmaqdır”, - deyə Kamal İbrahimov əlavə edib.
Xatırladırıq ki, “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri daha əvvəllər də çoxlu sayda oxşar layihələri maliyyələşdirib. Bu, layihədə həyata keçirilən işlərin bir hissəsindən əldə olunan vəsait Gənclər və İdman Nazirliyinin müvafiq fonduna yönəldiləcək.
Şəbnəm İsmayıl
Demokrat.az
10Источники
-
aia.azUlu öndər Heydər Əliyevin arzuladığı sağlam gənclik formalaşıb ( 15090037)
-
yeniazerbaycan.com“Sağlam həyat” səyyar layihəsi Yevlaxda ( 15049013)
-
pravda.azIII MDB Oyunlarının keçirilməsi həm milli iqtisadiyyata, həm də beynəlxalq əməkdaşlıq imkanlarına töhfə verəcək - RƏY ( 15032983)
-
azertag.azTacikistan diplomatı: MDB çərçivəsində humanitar əməkdaşlığa xüsusi diqqət yetiriləcək ( 14981895)
-
7news.az"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib ( 14977407)
-
modern.azTaleyinə əlllik yazılanların həyat HEKAYƏSİ ( 14963881)
-
sherg.az93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var ( 14922467)
-
milli.az93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var ( 14902073)
-
yeniazerbaycan.com20 Yanvar Faciəsinə siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri misilsizdir ( 14860305)
-
cebheinfo.azSağlam qida da stressdə faydasız olur - ARAŞDIRMA ( 14857635)