Rusiya Müdafiə Nazirliyinin Moskvanın mərkəzində yerləşən binasında FSB (Federal Təhlükəsizlik Xidməti) zabiti güllələnib.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda Rusiyaya aid teleqram səhifələri məlumat yayıb.
Bildirilib ki, yanvarın 12-dən 13-nə keçən gecə Vladimir Feşşenkonun başında güllə dəliyi olan meyiti aşkar edilib.
Araşdırma nəticəsində məlum olub ki, o əks-kəşfiyyatçı olan hərbçi ilə mübahisə edib və təsadüfü atəş nəticəsində ölüb.