RU

Tramp Bakı ilə İrəvan arasında sülhü təşviq etməyə hazırdır

ABŞ-ın yeni seçilmiş prezidenti Tramp iki ölkə liderini Ağ Evə dəvət etməklə Ermənistan və Azərbaycan arasında sülh razılaşmasını təmin edə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz analitik məqaləsində yazır. Qeyd olunur ki, Bakı ilə İrəvan arasında sülhə nail olmaq Rusiya-Ukrayna müharibəsini bitirməkdən daha asan olacaq.

“Cənubi Qafqazda sülh postsovet respublikalarına öz iqtisadi suverenliklərini bərpa etməkdə və neoimperialist Rusiyanı cilovlamaqda kömək etməklə ABŞ və onun müttəfiqlərinə fayda verəcək. Sülh sazişi Avropa bazarlarını Mərkəzi Asiya resursları, o cümlədən enerji və nadir torpaq metalları ilə birləşdirən mühüm ticarət marşrutu olan Orta Dəhlizə çıxışı genişləndirə, inkişaf, ticarət və enerji əməkdaşlığı üçün imkanlar aça bilər”, - nəşr vurğulayır.

Almaz Həsənli

Избранный
15
oxumeni.az

1Источники