RU

Şakro Molodoyun qardaşı oğlu Moskvada saxlanıldı -FOTO

Kriminal avtoritet Şakro Molodoyun (Zaxariya Kalaşov) qardaşı oğlu Moskva yaxınlığındakı Balaşixada saxlanılıb.

Oxu24.com   Rusiya KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı Vitalik adam öldürməyə cəhdlə bağlı cinayət işində federal axtarışda olub. 

"Federal axtarışda olan 2002-ci il təvəllüdlü Vitalik Kalaşov saxlanılıb", - KİV yazıb. 

Bildirilir ki, Şakro Molodoyun qardaşı oğlu 2024-cü il dekabrın 30-da Moskvada bir nəfəri qətlə  yetirib. 

Xatırladaq ki, 2024-cü ilin yazında 71 yaşlı Şakro Molodoy səhhətində yaranan problemlərə görə həbsdən buraxılmışdı. 2018-ci ildə məhkəmə onu hədə-qorxu ilə tələb etmə maddəsi ilə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

  • Şakro Molodoyun qardaşı oğlu Moskvada saxlanıldı - FOTO
Избранный
8
1
oxu24.com

2Источники