RU

Gənc qadın klinikada cavanlaşma proseduru zamanı ÖLDÜ – FOTO

Gənc qadın kosmetoloji klinikada cavanlaşma prosedurları zamanı ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 40 yaşlı Mariya “Titania” klinikasına gəlib. Prosedur zamanı dərmanlardan biri allergik reaksiya verib.

Qadında səpgilər əmələ gəlib və epileptik tutma olub. Həkimlər xəstəni xilas etməyə çalışsalar da, hər şey çox tez baş verib.

KİV-in məlumatına görə, hazırda klinikada İstintaq Komitəsinin əməkdaşları çalışır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
20
1
interpress.az

2Источники