RU

Aİ-95 markalı benzinin qiyməti açıqlandı

“Azərbaycan neft ölkəsi olsa da, təəssüf ki, keyfiyyətli neft məhsulları istehsal edən ölkəyə, hələ ki, çevrilməyib. 2024-cü ilin 10 ayında Azərbaycan xaricdən 124 milyon dollarlıq Aİ92, 61,74 milyon dollarlıq Aİ95 markalı benzin alıb”.

Turkustan.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Aİ-92 markalı benzinin qiymətini dövlət, yəni gecə-gündüz işləyən Tarif Şurası müəyyən edir, Aİ-95 markalı benzinin qiymətini isə guya bazar tənzimləməlidir, amma faktiki ölkəyə Aİ-95 gətirən və satan bir tək SOCAR-a bağlı qurumlardır. Məni maraqlandıran Aİ-95 markalı benzinin ölkəyə gətirilmə qiymətləri idi. Hesabladım, məlum oldu ki, Aİ-95 markalı benzin 2024-cü ilin ilk 10 ayında ölkəyə, ortalama, litri 1 manat 23 qəpiyə daxil olur. İlin yarısını bizə 2 manata satırdılar, indi isə 1 manat 60 qəpiyə satırlar. Yaxşı, Aİ-95-in dövlət tənzimlənməsindən çıxarılıb, yeganə bir şirkət tənzimlənməsinə verilməsi nəyə lazım idi? Faktiki inhisarçı şirkət var. Başqa rəqiblər yoxdur, o da istədiyi qiyməti qoyur. Keçən ili yarısında 1 litrdən 77 qəpik, sonra isə 37 qəpik pul qazanır. Belə bazar tənzimlənməsi, belə iqtisadi model olmur, olmamalıdır...”, - ekspert bildirib. /Pravda.az/

Избранный
10
4
turkustan.az

5Источники