Müvəqqəti məntəqələrin də yaradılması ilə bələdiyyə seçkilərinin keçiriləcəyi məntəqələrin sayı 5 min 846-ya çatıb.
Adalet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 14-də keçirilən iclasında deyib.
O qeyd edib ki, seçicilərin sayı isə 5 milyon 960 mindən çoxdur.