"Operativ Media" xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb
Ardınca Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Vüsal Nəsirli bildirib ki, döyüşlərin gərgin və ədalətli keçəcəyinə inanır: “Bu günün gənc boksçuları ölkə idmanın sabahıdır. Burada özünü göstərəcək boksçuların Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına yollanmaq şansı da yarana bilər. Bu səbəbdən də hər bir görüş böyük əhəmiyyət kəsb etməlidir”.
Boks Mərkəzində keçirilən yarışda oğlanlarda 13, qızlarda 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 304 boksçusu qatılıb.
Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edirlər.