RU

Rusiyanın ən böyük aviaşirkəti sərnişin axınını artırıb

Aeroflot Group 2024-cü ildə sərnişin daşımalarını 16,8 faiz artıraraq 55,3 milyon nəfərə çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS qrupun mesajına istinadən yazır.

Qrupun ana daşıyıcısı, Rusiyanın ən böyük hava yolu şirkəti Aeroflot daşımaları 19,3 faiz artıraraq 30,1 milyon nəfərə çatdırıb. Daxili göstəricilər 16,8 faiz (21,1 milyon sərnişin), beynəlxalq marşrutlarda isə 25,7 faiz (8,9 milyon sərnişin) artıb.

Bundan əvvəl “Aeroflot” qrupunun Yeni il bayramlarında daşıdığı sərnişinlərin sayı məlum olub. Bu, 1,5 milyon nəfərdən çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç faiz çoxdur.

Избранный
9
nocomment.az

1Источники