RU

“Milan”ın futbolçusu tibbi müayinədən keçə bilmədiyi üçün transferi reallaşmayıb

Bakı, 14 yanvar, AZƏRTAC

İtaliyanın "Milan" komandasının futbolçusu Noa Okaforun Almaniyanın “Leypsiq” klubuna transferi baş tutmayıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, isveçrəli hücumçu tibbi müayinədən keçə bilməyib. Onun oynamağa hazır olmadığı göstərilib.Bu səbəbdən futbolçu tezliklə İtaliyaya qayıdacaq.

Qeyd edək ki, Noa Okafor bu mövsüm “Milan”ın heyətində 16 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu zədə səbəbindən son 5 oyunu buraxıb.

Избранный
9
1
azertag.az

2Источники