RU

“Təyyarənin “qara qutu”su çox maraqlı məlumatlar verib” –Lavrovdan qəribə AÇIQLAMA

Rusiya və Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq mövcuddur.

AzPost bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

“Xəzəri dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaratmışıq, ora digər Xəzəryanı ölkələri dəvət etməyi planlaşdırırıq. Təhlükəsizlik sahəsində də əməkdaşlıq edirik. İki ölkənin silahlı qüvvələri və xüsusi xidmət orqanları arasında təmaslar var”.

Rusiya XİN başçısı Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını, Azərbaycan təyyarəsinin qəzaya uğramasını göstərib.

Lavrov jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb. O, həmin məlumatların “qara qutu”ların məlumatları ilə faktiki olaraq təsdiqini tapmadığını söyləyib

Lavrov bildirib ki, Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib.

Onun sözlərinə görə, bu, təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir.

Lavrov Azərbaycan tərəfinin təyyarə qəzasının araşdırılmasında Rusiya tərəfinin iştirakını dəstəkləməsini Moskvanın qiymətləndirdiyini əlavə edib.

Избранный
6
18
azpost.info

10Источники