RU

Əfqanıstanda qadınlara televiziyaya çıxmaq qadağan edildi

Radikal Taliban hərəkatı tərəfindən yaradılmış Əfqanıstan hökumətinin rəsmiləri qadınlara televiziyada diktor və aparıcı kimi işləməyi qadağan edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Ədəbiyyatın Təbliği və Pisliklərə Qarşı Mübarizə İdarəsi müvafiq fərmanda qadınların televiziyaya çıxmasının “kişilər üçün təxribat” olduğunu qeyd edib.

Radikal hərəkatın nümayəndələri qəzetin məlumatlarına hələlik münasibət bildirməyiblər.

Избранный
15
operativmm.az

1Источники