Bəzi futbolçuların bir-iki illiyə, bəzilərinin isə ömürlük futboldan uzaqlaşdırılacağı deyilir. Xatırlayırsızsa, ötən mövsüm bu problemlər “İrəvan”da da yaşandı. Nəticədə ciddi cəza ilə üzləşənlər oldu. Belə görünür ki, Azərbaycan futbolunda danışılmış oyun, nəticələrin öncədən razılaşdırılması kimi söhbətlər 2024-də qalmayıb.
Ümumiyyətlə, Azərbaycan futbolunda danışılmış oyunlar varmı? Varsa, bunun əlamətlərini nədə görürsüz? Bu sualları tanınmış menecer Emil Şükürova ünvanladıq.
“Danışılmış oyunun olub-olmadığını AFFA və PFL müəyyən edə bilər. Bununla bağlı iş görən müvafiq şöbə və əməkdaşları var. Təəssüf ki, hazırkı araşdırma sisteminə əsasən danışılmış oyun baş tutandan AFFA-ya müvafiq məlumat gələnə kimi 4-8 həftə vaxt gedir. Bunu daha operativ edən şirkətlər var ki, ehtimal edilən danışılmış oyun haqqında məlumatı həmin oyun başlamamış və ya oyun davam edərkən məlumatı ötürmək imkanlarına malikdilər. Belə oyunların olub-olmadığını isə dəqiqliyi ilə demək çətindi. Lakin belə oyunların əlamətləri olur. İstər meydançada (oyunçuların davranışları), istərsə də bukmeker kontorlarında (əmsalların anormal şəkildə düşməsi/qalxması). Bunu zamanında müəyyənləşdirmək üçün isə bayaq qeyd etdiyim şöbə əməkdaşları həm meydançada hakim və oyunçuların davranışına diqqət yetirməli, həm də liqalarımızın oyunlarına mərc qəbul edən bukmeker kontorlarını monitorinq etməlidilər”.
ƏSƏD SEYİDOV