RU

Rusiya-İran ittifaqı yaranır - sazişlə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali Moskva ilə Tehran arasında hərtərəfli strateji müttəfiqlik sazişinin təsdiqlənmək üçün İran parlamentinə təqdim ediləcəyini və qarşıdakı 20 il ərzində qüvvədə olacağını bildirib.

Cəlali İranın dövlət teleradio şirkətinin efirində deyib: "Razılaşma imzalandıqdan sonra İran parlamenti tərəfindən ratifikasiya olunmalıdır və 20 il ərzində qüvvədə olacaq".

Bəlli olduğu kimi, İran prezidenti yanvarın 17-də Rusiyaya rəsmi səfər edəcək, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Kremldən verilən məlumata görə, danışıqlardan sonra prezidentlər Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaqlar.

Hürr Tərcüman

 

Избранный
8
hurriyyet.az

1Источники