RU

Papuaşvili: Siyasətdən qovulmuş Mixail Rot Gürcüstanda insanlar arasında düşmənçilik yaratmağa çalışır

Tbilisi, 14 yanvar, AZƏRTAC

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin rəhbəri Mixael Rot alman siyasətindən qovulmuş adamdır və yalnız qarşıdurma yaratmaq və insanlar arasında düşmənçilik yaratmaq məqsədilə Gürcüstan siyasətinə qarışmağa çalışır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Almaniya siyasətindən təcrid olunmuş və qovulmuş bir adam özünü gürcü siyasətinə məcbur edir və ancaq hansısa yolla gürcüləri bir-birinə qarşı qoymaq və kilsəmizi təhqir etməklə məşğuldur”, - deyə o bildirib.

Papuaşvili deyib: “Onu dəstəkləyən hər kəs yalnız bir şeyi göstərir. O, əxlaqını, baxışlarını və prinsiplərini bölüşür. Onun əsas məqsədi insanları bir-birinə qarşı qoymaq, onların arasına nifaq salmaqdır”.

Hər kəsi hadisələri daha yaxından nəzərdən keçirməyə çağıran Gürcüstan parlamentinin sədri əlavə edib: “Bildirmək istəyirəm ki, bu, onun üçün vida səfəridir. Nəyə görə o, fevralda keçiriləcək Bundestaq seçkilərində iştirak etmir? Çünki o, Sosial Demokrat Partiyasının siyasi şurasına seçilməyib”.

Qeyd edək ki, Gürcüstan hakimiyyətini sərt tənqid edən Rot bazar ertəsi Gürcüstana gəlib və Rustaveli prospektində keçirilən etiraz aksiyasına qoşulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
16
1
azertag.az

2Источники