RU

Bu il Türkiyəyə hava yolu ilə 250 milyondan çox sərnişinin səfər edəcəyi proqnozlaşdırılır

Bu gündən etibarən “Türk Hava Yolları” (THY) Türkiyənin tarixi əlaqələrinin olduğu Liviyanın Binqazi şəhərinə yenidən uçuşlara başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Türkiyənin əlverişli coğrafi mövqeyindən maksimum faydalana bilmək üçün aviasiya sahəsində böyük yatırımlar etdiklərini vurğulayan Uraloğlu Türkiyəni dünyanın ən geniş uçuş şəbəkəsinə sahib ölkələrdən birinə çevirdiklərini deyib.

Qlobal miqyasda baş verən hadisələr fonunda Türkiyədə aviasiya sektorunun sürətlə böyüdüyünü vurğulayan Uraloğlu hava nəqliyyatının Türkiyənin iqtisadi inkişafında getdikcə daha da əhəmiyyətli bir hissəyə çevrildiyini, ötən il Türkiyənin hava məkanından 236 milyondan çox sərnişinin istifadə etdiyini, 2025-ci ilin sonunda bu rəqəmin 250 milyonu ötəcəyini proqnozlaşdırdıqlarını deyib.

Son 22 ildə 32 yeni hava limanı inşa etdiklərini bildirən nazir aviasiya sektorunu qloballaşmanın ən vacib aktorlarından biri olduğunu deyib.

Nazir Türkiyənin hava yolu vasitəsilə ölkədaxili 58, ölkəxarici 349 istiqamətə reyslər icra edildiyini də əlavə edib.

Избранный
5
1
xalqqazeti.az

2Источники