Lənkəranın Siyavar kəndi yaxınlığında 2 balıqçı itkin düşüb.
“Apress.az”ın məlumatına görə, onların Xəzər dənizində balıq tutarkən itkin düşdüyü ehtimal edilir.
İtkin düşən şəxslərin yaxınları bildirib ki, sonuncu dəfə onların mobil nömrələrinə ötən gün səhər saatlarında zəng çatsa da, cavabsız qalıb.
Balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.
Axtarışlar davam etdirilir.
***
FHN-in yaydığı məlumata əsasən, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşların – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
***
Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.
Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib.
Əlavə məlumat veriləcək.