RU

Tramp 2020-ci ildə hakimiyyətdə qalmaq üçün cinayətlərə cəhd edib - Nazirlik

ABŞ Ədliyyə Nazirliyi ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın 2020-ci il “prezident seçkilərinə müdaxilə” işi çərçivəsində hazırlanan hesabatı dərc edib.

Turkustan.az xəbər verir ki, hesabatda Trampın “xalqın iradəsini alt-üst etməyə çalışdığı və seçkinin nəticələrini dəyişməyə çalışdığı” bildirilib.

ABŞ Ədliyyə Nazirliyi keçmiş xüsusi prokuror Cek Smitin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı 2020-ci il “prezident seçkilərinə müdaxilə” iddiasının nəticələrini əhatə edən hesabatı ictimaiyyətlə paylaşıb.

CNN-in məlumatına görə, 130 səhifəlik hesabatda 2020-ci il prezident seçkiləri ilə bağlı araşdırmanın təfərrüatları yer alıb.

2020-ci il prezident seçkiləri ilə bağlı qiymətləndirmələrin yer aldığı hesabatda deyilir: “Tramp seçkiləri uduzduqda və qanuni addım atmağın uğursuz olacağını anlayanda hakimiyyəti saxlamaq üçün çoxsaylı cinayət cəhdləri etdi”.

Digər tərəfdən Tramp "Truth Social" hesabında yayılan xəbərə reaksiya verib.

Hesabatı hazırlayan şəxsi hədəfə alan Tramp, “Cack Smith çarəsizliyini üzə çıxarmaq üçün saat 01:00-da saxta tapıntılarını dərc etdi” deyib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
5
turkustan.az

1Источники