Rusiyaya səfəriniz şəxsi, yoxsa işgüzar xarakter daşıyırdı? Zoidze ilə şəxsi tanışlığınız vardı? Həmin komanda Azərbaycan çempionatında oynayanlardan səviyyəlidimi? Bu sualları Borisova ünvanladıq:
“Rusiyaya səfərim şəxsi xarakter daşıyır. Baş məşqçi ilə tanışlığımız var idi. Əlbəttə, səviyyəli komandadı. Təkcə Azərbaycanda yox, bir çox ölkədə KPRF səviyyədində komanda yoxdu”.
Borisovdan bir neçə gün əvvəl “Araz-Naxçıvan”ın “sükanı arxasına” keçən Yevgeni Kukseviçlə tanış olub-olmadığını da soruşduq:
“Xeyr, Yevgeni Kukseviçlə tanışlığım yoxdu. Mən Rusiyada oynayanda yollarımız kəsişməyib”.
ƏSƏD SEYİDOV