2023-cü ilin oktyabrında anklavda döyüşlər başlayandan bəri Qəzza zolağında 46,6 mindən çox fələstinli ölüb. Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb. “İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 46 min 645, yaralananların sayı 110 min 12 nəfərə çatıb”, - nazirlikdən bildirilib.