RU

Patruşev: Rusiya Donbas və Novorossiyanı qaytarmayacaq


Rusiya Federasiyası heç bir halda öz yeni ərazilərini qaytarmayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü, Rusiya Federasiyası Prezidentinin köməkçisi Nikolay Patruşev kp.ru saytına müsahibəsində bildirib.

“Bu, müzakirə mövzusu deyil”, – deyə o, ABŞ-ın bir sıra siyasətçilərinin Rusiyanın öz tərkibinə qatdığı torpaqlarla bağlı bəyanatlarını şərh edərkən bildirib.

Təhlükəsizlik Şurasının üzvü qeyd edib ki, bir vaxtlar Ukraynanın idarə etdiyi ərazilər beynəlxalq hüquq normaları, Rusiya Federasiyası qanunvericiliyi və bu regionların qanunlarına uyğun olaraq, vətəndaşların iradəsi əsasında Rusiyanın tərkibinə daxil olub.

Eyni zamanda, o vurğulayıb ki, Rusiyanın Ukraynaya münasibətdə mövqeyi dəyişməz qalır. Patruşevin sözlərinə görə, Rusiya üçün xüsusi hərbi əməliyyatın məlum olan və dəyişməmiş vəzifələrinin həll olunması vacibdir.

O, həmçinin Donetsk və Luqansk "Xalq Respublikalarının", Zaporojye və Xerson vilayətlərinin, Krım Respublikasının və Sevastopolun Rusiyanın əraziləri kimi dünya tərəfindən tanınmasını vacib sayıb.

Lalə, BakuPost

Избранный
19
2
bakupost.az

3Источники