RU

“QARA YANVAR”ın şahidi Reza Deqati... - TARİXİ FOTOLAR

1990-cı il 20 yanvar tarixində Sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan məşhur fotojurnalist Reza Deqati və türk əsilli Fransa vətəndaşı videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində “Qara Yanvar” bir sirr deyil və dünya mülki əhaliyə qarşı törədilmiş qırğından xəbərdardır.

Jurnalistlərin girişi qadağan olunduğu üçün Reza Deqati, Şirin Məlikova və videoqraf dostu azərbaycanlı tanışlarının köməyi sayəsində Bakıya yola düşürlər. Qatarda gizlənərək, təhlükəni nəzərə alaraq insanlarla lazımsız ünsiyyətlərdən qaçınaraq 48 saatlıq yol gəlirlər. Qatarda ilk işi isə “Ya po ruski ne znayu” (Mən rusca bilmirəm) və “Ya Azerbaycanets” (Mən azərbaycanlıyam) kimi bəzi rusca cümlələr öyrənmək idi. Çünki Rus dili bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu artıq son demək idi. Ona görə də yoxlanışa gələn nəzarətçilərə vodka hədiyyə verirdilər ki, yoxlanış keçirməsinlər. 
Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya Müharibəsi filmindən bir səhnəyə bənzədirdi.

“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə, gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik.”
 
“Qara Yanvar” şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbrlərin üzəri qırmızı qərənfillər və qara paltarlar ilə örtülmüş şəhər parkına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hərkəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.

Ləman Əsədli

MİA.AZ

Избранный
8
mia.az

1Источники