"Fənərbağça"nın oyunçusu məşq zamanı ciddi xəsarət alıb.
Offsideplus.az xəbər verir ki, Mert Hakan Yandaşın bir neçə gün öncə əli sınıb. Bu barədə "Beinsports" məlumat yayıb.
Futbolçu "Konyaspor"la baş tutan qarşılaşmadan əvvəl sarğı ilə oynamağı yoxlayıb. Ağrı hiss etmədiyi üçün heyətə daxil olub.
Qeyd edək ki, Mert Hakan Super Liqanın XIX turunda Konya təmsilçisi ilə keçirilən matça ehtiyat skamyasında başlayıb və əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə meydana daxil olub.