RU

Ankara şəhərində beynəlxalq səviyyədə “Regionşünaslıq seminarı” təşkil edilir- FOTOLAR

AzVision.az xəbər verir ki, sözü gedən Regionşünaslıq Seminarı iki əsas hissədən ibarət olacaq.

Birinci hissədəöz sahələrində mütəxəssis olan akademiklər və mütəxəssislər müxtəlif regionlar üzrə geniş seminarlar təqdim edəcəklər.

İkinci hissədəisə akademik yazı təlimi veriləcək. Akademik məqalə, hesabat və təhlil yazısı üzrə nəzəri və praktiki təlimlər keçiriləcək. Seminarda iştirakçılar regional dinamika və strategiyalar üzrə dərin biliklər əldə edəcək, sosial-siyasi və iqtisadi kontekstdə regional dinamikanı qiymətləndirəcək, regional böhranlara və imkanlara strateji yanaşmalar işləyib hazırlayacaq, hadisələri və faktları müxtəlif rakurslardan təhlil edəcəklər.



Bundan əlavə, akademik işin başdan sona aparılması təcrübəsi çərçivəsində məqalə yazma təlimi keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycanı Naxçıvan Müəllimlər İnstitutunun dos. Dr. Ruhəngiz Əliyeva təmsil edəcək.

O ,“Türkiyə-Azərbaycan münasibətləri və regional dinamika” mövzusunda çıxış edəcək. Seminarda öz sahələrində mütəxəssis olan akademiklər, o cümlədən Özbəkistandan olan böyük heyyət də yer alacaq.





Seminarın məzmunu:

1) 21-ci əsrdə türk dünyasının geosiyasəti
2) Mərkəzi Asiya ölkələrinin sərhəd problemləri; Fərqanə vadisi
3) 21-ci əsrdə Rusiyanın xarici siyasəti: güc balansı və regional təsirlər
4) Mərkəzi Asiyada Ekoloji Problemlərin Siyasi Ölçüləri
6) Türkiyə-Avropa İttifaqı münasibətlərində dönüş nöqtələri: Tarixi proses və gələcək perspektivlər
6) Türkiyə-Azərbaycan Münasibətləri
7) Suriya İnqilabı və Yaxın Şərqdə Dəyişiklik Küləkləri
8) Afro-Avrasiya: Qitələrarası Əlaqələr, Əməkdaşlıq və Strateji Perspektivlər
9) Kipr Məsələsi və Regional Dinamikası
10) Banqladeşdə İyul İnqilabı: Populyar Etirazların və Hindistanla Gərginliyin Regional Təsiri
11) Çin Xarici Siyasəti: Çinin yüksəlişi və Qlobal Güc Uğrunda Mübarizə
12) Türkiyə-Ermənistan Münasibətləri
13) ABŞ-İsrail Əlaqələri və Türkiyə
14) Türkiyə-Rusiya Münasibətləri
15) Şimali Makedoniyada Türk Mövcudluğu: Tarixi Köklər və Mövcud Dinamika
16) Türk Dövlətləri Təşkilatı: Strateji Önəm və 2040 Baxışı
17) Tədqiqat Metodları
18) Məqalələrin Yazma Texnikaları


Seminar zamanı əldə ediləcək bacarıqlar aşağıdakılardır :

1) Regional dinamika və strategiyalar haqqında dərin biliklər əldə etmək,
2) Regional dinamikanın sosial-siyasi və iqtisadi kontekstdə qiymətləndirilməsi,
3) Regional böhranlara və imkanlara strateji yanaşmaların işlənib hazırlanması,
4) Hadisələri və faktları müxtəlif aspektlərdən təhlil etmək bacarığı,
5) Beynəlxalq mətbuatı izləmək və xəbər təhlili hazırlamaq bacarığı,
6) Hesabat vermək bacarığı,
7) Strateji təhlil yazmaq bacarığı,
8) Akademik məqalə yazmaq bacarığı,
9) Başdan sona akademik tədqiqat aparmaq təcrübəsi
10) Effektiv təqdimat və akademik müzakirə bacarıqlarını inkişaf etdirmək,
11) Rəy almaqla məqalələrinizi təkmilləşdirmək imkanı.



İştirak və Sertifikat:

Seminarın müddəti 10 həftə nəzərdə tutulub. Müraciət üçün isə son tarix 31 yanvar 2025-ci ildir. Seminar növü onlayn olacaq.

Tədbirin başlama tarixi 10 fevral 2025-ci il - bitmə tarixi 18 aprel 2025-ci ildir.

Seminar zamanı ümumi seminarların ən azı 70%-də iştirak məcburidir.

Seminarın sonunda iştirakçılardan öz maraq dairələri üzrə məqalə yazmaq və təqdimatla çıxış etmək tələb olunur.

Proqramın sonunda seminarı uğurla başa vuran iştirakçılara iştirak sertifikatı veriləcək.

Proqramı müvəffəqiyyətlə bitirənlər Mütəxəssis Hazırlıq Proqramında iştirak etmək hüququ qazanacaqlar.
İştirak haqqı: 1750 TL


İştirak etmək üçün aşağıdakı ərizə formasını doldurmalısınız:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdUIT6ddbS6bPtA7qnTFIq_TA48Qy0E4KbKnaUq4GAsicZGYA/viewform

AzVision.az

Избранный
4
azvision.az

1Источники