Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri üzrə uçan təyyarələri dumanlı hava şəraiti səbəbindən Bakıya deyil, ehtiyat hava limanına, Gəncəyə eniş edib.
Qeyd edək ki, son vaxtlar ard-arda bu cür hadisələrlə rastlaşırıq. Bəziləri artıq təyyarə ilə səfər etməkdən qorxduqlarını dilə gətirir.
Bəs paytaxt sakinlərimiz bu haqda necə düşünür?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com