İspaniya təmsilçisi "Sevilya"nın müdafiəçisi Kike Salas dələduzluqda şübhəli bilinərək saxlanılıb.
"Report" "El Confidencial"a istinadən xəbər verir ki, o yaxınlarının pul qazanması üçün La Liqa matçlarında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.
İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış polislər tərəfindən aparılır. 22 yaşlı müdafiəçi ötən mövsüm ümumilikdə 10 dəfə sarı vərəqə ilə cəzalandırılıb. O, son 9 oyunda 7 dəfə rəsmi xəbərdarlıq alıb.
K. Salas bu əməlinə görə altı aydan üç ilədək həbs cəzası ala bilər.