"Qalatasaray" mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızlar" "Olimpik"in (Marsel) daha bir futbolçusu ilə maraqlanır. Bu barədə "L'Equipe" məlumat yayıb.
Marsel klubunun heyətində Elye Vahi İstanbul nəhənginin "radarı"na düşüb.
"Cim-Bom" 22 yaşlı oyunçunu satınalma şərti ilə icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, "Olimpik"in gürcü ulduzu Georges Mikautadzenin də adı "Qalatasaray" ilə hallanır.