"Ukrayna ordusu Pokrovsk şəhəri yaxınlığında qismən Rusiya Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb".
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti və “Avropa Həmrəyliyi” partiyasının rəhbəri Pyotr Poroşenko öz "Telegram" kanalında yazıb.
O qeyd edib ki, bu gün səhər saatlarında cəbhədən qayıdıb.
"Pokrovsk yarımmühasirəyə alınıb, Kuraxovo təslim olub, Kursk istiqamətində vəziyyət çox, çox çətindir" - siyasətçi yazıb.
Müəllif: Arzu