Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın xarakterini və perspektivlərini qiymətləndirmək üçün müvafiq sənədlərlə tanış olmaq lazımdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov danışıb.
Onun sözlərinə görə, ümumiyyətlə, Vaşinqtonla belə tərəfdaşlığın yaradılması ikitərəfli münasibətlərin inkişafı çərçivəsində respublikanın suveren hüququdur.
"Lakin burada hər iki tərəfin bərabər və bölünməz təhlükəsizlik prinsipindən çıxış etməsi vacibdir, yəni bu tərəfdaşlıq digər dövlətlər və beynəlxalq birliklər üçün təhlükəsizlik təhdidləri yaratmamalıdır", - deyəTasmaqambetov deyib.
Qeyd edək ki, bu gün Ermənistan Xarici işlər nazirliyi tərəfindən yayılan məlumatda Vaşinqtonda Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacağı bildirilib.
Musavat.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта