RU

Avstriya Prezidenti İlham Əliyevə məktub göndərdi

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Azreform.info xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəvi qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəvi qəza qurbanlarının ailələri və yaxınları ilədir.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Избранный
13
42
azreform.info

10Источники