RU

Yuxusuzluq, insanları mənfi fikirlərə köklənməyə məcbur edir

Yuxusuzluq,

Yuxusuzluq beynin düzgün işləməməsinə və psixoloji narahatlıqlara səbəb ola bilər. Yuxu zamanı beynin müəyyən hissələri istirahət edir və bədən üzərindəki zərərli təsirləri azaldır. Yuxusuzluq isə bu təbii prosesi pozur və beyin, xüsusən də emosional idarəetmə ilə bağlı sahələri daha çətin vəziyyətə salır. Nəticədə, insanlar daha çox mənfi düşüncələrə və narahatlıqlara köklənir. Bu, xüsusən də stress, narahatlıq və depressiya kimi psixoloji pozğunluqları olan insanlarda daha çox müşahidə edilir.Yuxusuzluq, beyindəki "hipokampus" və "prefrontal korteks" kimi bölgələri mənfi təsirə məruz qoyur. Bu sahələr, xatirələrin düzgün şəkildə emalını və lazımsız məlumatların silinməsini təmin edir. Yuxusuzluq səbəbindən, insanlar daha çox mənfi xatirələri təkrarlayır və bu da onların gündəlik həyatını çətinləşdirir. Eyni zamanda, beyin müsbət və ya neytral hadisələrə reaksiya verməkdə çətinlik çəkir və yalnız mənfi vəziyyətləri vurğulamağa meylli olur.Bir çox hallarda, yuxusuzluq nəticəsində yaranan bu fikir dövrü insanın gündəlik fəaliyyətlərində də mənfi təsir göstərir. İnsanlar diqqətini toplaya bilmir, işlərdə və şəxsi münasibətlərdə daha çox səhv edə bilirlər. Təbii olaraq, yuxusuzluğun müalicə edilməsi və yaxşı yuxu rejiminin yaradılması narahatlıqları azaldır və insanı daha pozitiv düşünməyə təşviq edir.Ekspertlər, yaxşı və dərin yuxunun psixi sağlamlığı bərpa etdiyini, narahatlıqları və düşüncə problemlərini azaldığını vurğulayırlar. Yuxu beyindəki zərərli təsirləri azaldaraq, şəxsin emosional və psixoloji vəziyyətini yaxşılaşdırır.Səidə Mustafa

Diqqət Çəkənlər

Avropa Komissiyası, rəhbəri Ursula fon der Lyayenin səhhəti ilə bağlı məlumatların gizlədilməsi iddialarını rədd edib

Qorxu filmi səhnəsi kimi: Bu görüntü Kayseridə çəkilib

Aydınlık: ABŞ dünyada terrorizmi dəstəkləyir

Избранный
12
ulusum.az

1Источники