RU

Patruşev bu ölkəni HƏDƏLƏDİ: "Ya başqa dövlətin bir hissəsi olacaq, ya da..."

Rusiya Federasiyası Prezidentinin köməkçisi Nikolay Patruşev Moldovanın Rusiya Federasiyasına qarşı yönəlmiş siyasətinin respublikanın mövcudluğunu dayandırması ilə başa çata biləcəyini deyib.

Publika.az xəbər verir ki, bu barədə kp.ru saytına müsahibə verib.

“İstisna etmirəm ki, Kişinyovun aqressiv anti-Rusiya siyasəti Moldovanın ya başqa dövlətin bir hissəsi olacağına, ya da ümumiyyətlə mövcudluğunu dayandıracağına gətirib çıxaracaq", - o xəbərdarlıq edib.

Patruşevin sözlərinə görə, bu halda Ukrayna nümunəsinə baxmaq olar.

Patruşev həmçinin iddia edib ki, Ukrayna bu il dövlət kimi mövcudluğunu dayandıra bilər.

Избранный
12
publika.az

1Источники