RU

“Barselona” İnyiqo Martinesi yenidən itirdi

Futbol üzrə İspaniya milli komandasının və “Barselona” klubunun mərkəz müdafiəçisi İnyiqo Martines yenidən sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 33 yaşlı mərkəz müdafiəçisi İspaniya Super Kubokunun finalında qarşılaşdıqları “Real”la görüşdə sıradan çıxıb. Matçın 28-ci sağ dizindən xəsarət alan ispan futbolçu əvəzlənmək məcburiyyətində qalmışdı. Onun yaşıl meydanlara təxminən bir aydan sonra qayıdacağı ehtimal olunur.

Xatırladaq ki, əzəli rəqibini 5:2 hesabı ilə məğlub edən “Barsa” İspaniya Super Kubokunun qalibi olmuşdu.

İnyiqo Martines 2023-cü ilin iyul ayından “Barselona”nın uğurları üçün çalışır. Təcrübəli futbolçu Kataloniya təmsilçisinin heyətində indiyə qədər 52 oyuna çıxıb, 2 qola imza atıb.

Martines “Real Sosyedad”ın yetirməsidir. O, bu komandada 239 oyun keçirib, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2018-ci ildən “Barsa”ya keçənə qədər də Bilbao “Atletik”ində çıxış edirdi. Martinesin “Atletik” karyerası bütövlükdə 177 oyun, 8 qol və 7 assistdən ibarətdir.

İnyiqo İspaniya yığmasında 2013-cü ildə debüt edib. O, yığmada 21 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
9
arena.az

1Источники