Editor.az xəbər verir ki, xəbəri Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani təsdiqləyib.
“Sabah 14 ildir Suriya xalqını tərk etməyən Türkiyə Respublikasına ilk rəsmi səfərimiz zamanı yeni Suriyanı təqdim edəcəyik”, – Əsəd Həsən əl-Şibani deyib.
Bundan əvvəl media Suriya administrasiyasının yüksək rütbəli rəsmilərinin Ankaraya səfər edəcəyi ilə bağlı xəbər yaymışdı. Onların məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunma ehtimalı var.
//Samir Qurbanov, Editor.az