RU

Xəzərdə balıqçıların qayığını gəmi vurub? Yaxınları danışdılar - video

Lənkəran rayonunda iki balıqçı itkin düşüb. 

Rayonun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov yanvarın 13-də səhər saatlarında balıq tutmaq məqsədilə dənizə çıxıblar. Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur. Hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir.

Qeyd edək ki, hazırda Lənkəranda bəzi ərazilərdə duman müşahidə olunur. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyi itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edib

FHN-dən bildiriblər ki, Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir. 

Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib.

Balıqçıların qayığının gəmi tərəfindən vurulması ilə bağlı iddialar yayılıb

Balıqçı Mahmud İbayevin qayınatası Hüseynağa Şahbazovun Baku TV-yə bildirib ki, kürəkənindən 30 saatdan 

“Dünən saat 8-in yarısında dənizə gediblər, geri qayıtmayıblar. Onların olduğu tərəfdən gəmi gəlib, bəlkə də vurub onu, batıb dənizə. Bunu ancaq müvafiq qurumlar aydınlaşdıra bilər”. 

Həmin gün dənizə balıq tutmağa gedən daha bir balıqçı İsmayıl Abbasov isə qeyd edib ki, dünən dəniz çox sakit olub və külək olmayıb. 

“Uşaqlar da orada idi, onları görüblər, danışıblar. Aşağı düşəndə duman olub, sonra yoxa çıxıblar. Ehtimal olunur ki, İrana tərəf gedən yolda azıblar. Batma ehtimalları azdır, belə sakit havada bu, mümkün deyil”,  deyə balıqçı İsmayıl Abbasov bildirib.

 

Избранный
10
buta.media

1Источники