RU

Rusiyanın xarici işlər naziri Baydeni Napoleona bənzətdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov geniş mətbuat konfransında beynəlxalq məsələlərlə bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Lavrov, "Napoleon və Hitler Rusiyanı diz çökdürmək üçün hamını işə cəlb etdi. Bayden Rusiyaya qarşı 50 ölkəni səfərbər etdiyini açıqladı. Tarix təkrarlanır"-deyə, bildirib.

O, ABŞ prezidenti Co Baydenin yanvarın 13-də etdiyi çıxışa da toxunub. Co Baydenin sözlərinə istinad edən Lavrov Baydeni Napoleon Bonapart və Adolf Hitlerə bənzədib.

Lavrov, "Napoleon Rusiyanı diz çökdürmək üçün hamını işə cəlb etmişdi. Hitler də Sovet İttifaqına qarşı eyni şeyi etdi. Hitler işğal etdikləri ölkələrdən döyüşmək üçün Rusiyaya döyüşçülər göndərdi. Bayden də son açıqlamasında buna bənzər bir şey deyir. NATO-nu gücləndirdi vəUkraynaya kömək etmək üçün 50 ölkəni səfərbər etdiyini bildirdi. Əslində bunu Rusiyanı məğlub etmək üçün etdi"-deyə, qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
8
turkustan.az

1Источники