ABŞ-lı milyarder, X-in sahibi İlon Mask gözünü başqa bir sosial media nəhənginə dikdi?
Turkustan.az xəbər verir ki, Bloomberg-in iddialarına görə, Çin rəsmiləri TikTok sosial media platformasının ABŞ əməliyyatlarını Maska satmaq üçün ilkin danışıqlar aparıb. TikTok sözügedən iddialara cavab verməyib.
Bildirək ki, ABŞ-da TikTok tətbiqinin istifadəsinə qadağa qoyulması ehtimalı gündəmdədir.
Aytən Yaşar/ Turkustan.az