RU

2025-ci ildə Ukrayna mövcudluğunu dayandıracaq – Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev

Moskva bəyan edib ki, Ukraynanın mövcudluğunu dayandırması ehtimalını istisna etmir.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bunun 2025-ci ildə baş verə biləcəyini deyib. O, həmçinin əlavə edib ki, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar Rusiya və ABŞ arasında aparılmalıdır. “Tramp faktorunu nəzərə alaraq gələcək inkişafın konkret perspektivlərindən danışsaq, onun bəyanatlarına hörmətlə yanaşırıq.

Hesab edirəm ki, Ukrayna ilə bağlı danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan Rusiya və ABŞ arasında aparılmalıdır”, – Patruşev paylaşıb. Onun sözlərinə görə, London və Brüssellə danışacaq “heç nə” yoxdur. Patruşev əmindir ki, Aİ rəhbərliyi Macarıstan, Slovakiya, Avstriya və Rumıniya da daxil olmaqla bir çox üzvlərinin adından danışa bilməz, çünki bu ölkələr “Rusiya ilə bağlı balanslaşdırılmış mövqeyə” malikdirlər.

Bundan əlavə, Patruşev rusların ukraynalılara “qardaş münasibətindən” danışıb. O vurğulayıb ki, guya Moskva Ukraynada baş verənlərdən çox məyusdur.

//Samir Qurbanov, Editor.az

Избранный
9
editor.az

1Источники