RU

Zelenski Şimali Koreyalı əsgərin görüntüləri ilə paylaşıb

Ukrayna Prezidenti Volodimir Zelenski əsir götürülmüş Şimali Koreya əsgərinin dindirilməsi ilə bağlı yeni video yayımlayıb.

Video Ukrayna prezidentinin sosial şəbəkələrində paylaşılıb. Videoda əsgərə əvvəlcə nə vaxt və harada əsir götürüldüyü barədə sual verilir.

"Tam dəqiq xatırlamıram, amma hansısa döyüş idi. Yaralandım və döyüşdən sonra geri çəkilmə oldu. Yaralı olduğum üçün hərəkət edə bilmirdim, təxminən üç-dörd-beş gün tək qaldım. Sonra Ukrayna əsgərləri məni tapdı, mənə hansısa iynə vurdu və maşınla bura gətirdi," –  Şimali Koreya əsgəri cavab verib.

Ruslar tərəfindən ona verilən sənədlərdə onun fotosunun və həqiqi adının olub-olmaması barədə suala isə mənfi cavab verib.

"Foto yox idi. Ad məsələsinə gəldikdə, xatırlamıram, amma orada mənim adım deyildi," –  hərbçi bildirib və əlavə edib ki, nə o, nə də xidmət yoldaşları Ukrayna əsgərlərini əsir götürməyiblər.

Zelenskinin sözlərinə görə, hazırda əsir haqqında faktlar araşdırılır və təfərrüatlar yoxlanılır.

"Dünya tam həqiqəti biləcək – Rusiya bu cür uşaqlardan necə istifadə edir. Onlar tam informasiya vakuumunda böyüyüblər, Ukrayna haqqında ümumiyyətlə heç nə bilmirlər və Rusiya tərəfindən yalnız bu müharibəni davam etdirmək və genişləndirmək üçün istifadə olunurlar. Bu müharibə yalnız Rusiyaya lazımdır. Ukrayna mövqelərini qoruyan bütün əsgərlərimizə təşəkkür edirəm. Həmçinin bütün dünyada həyatları qorumağa və müstəqilliyimizi saxlamağa kömək edən hər kəsə minnətdaram", - prezident yazıb.
 
N.Təbrizli

www.anews.az
Избранный
3
anews.az

1Источники