RU

Zelenski əsir düşmüş KXDR əsgəri ilə söhbətin yeni videosunu nümayiş etdirib - VİDEO

Prezident Vladimir Zelenski əsir götürülən Şimali Koreya əsgəri ilə söhbətinin başqa videosunu nümayiş etdirib. Ukrayna Silahlı Qüvvələri onu bu yaxınlarda hərbi əməliyyatlar zamanı ələ keçirib.

Qaziler.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Zelenski videonu öz Telegram səhifəsində yayımlayıb.

Videoda şimali koreyalıdan Ukrayna Silahlı Qüvvələri tərəfindən nə vaxt əsir götürüldüyü soruşulur. Adam cavab verir ki, xatırlamıram. Onun sözlərinə görə, yalnız yoldaşları tərəfindən tərk edildiyi və bir neçə gün tək qaldığı döyüşü xatırlayır.

"Yaralandım, döyüşdən sonra geri çəkilmə oldu. Yaralı olduğum üçün yerimdən tərpənə bilmədim. Və təxminən 3-5 gün tək qaldım. Sonra Ukrayna əsgərləri məni tapdılar", - o deyir.

Əsirn dediyinə görə, ona Rusiyada sənədlər verilib, amma orada nə adı var, nə də şəkli var. O, həmçinin bildirib ki, Rusiyada onlara ukraynalı əsgərləri necə əsir götürməyi öyrədirlər.

QAZİLER.AZ

Избранный
11
qaziler.az

1Источники