ABŞ prezidenti Co Baydenin administrasiyası milli təhlükəsizliyi kibertəhlükələrdən qorumaq məqsədilə Çin və Rusiyadan “ağıllı” avtomobillərin, eləcə də müvafiq aparat və proqram təminatı həllərinin idxalına qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Bildirilir ki, bu qadağa ABŞ-ni Amerikanın kritik infrastrukturuna və ictimai təhlükəsizliyinə təhlükə yaratmaqda davam edən kibercasusluqdan və Çinin müdaxilə əməliyyatlarından qorumağa kömək edəcək.
Müəllif: Arzu