RU

İndiyədək neçə Rusiya şirkəti və vətəndaşına sanksiya tətbiq olunub? – Uzun siyahı açıqlandı

Son bir ildə xarici sanksiyalar siyahısına daxil edilmiş Rusiya vətəndaşlarının sayı 2000-dən çox artıb.

Musavat.com xəbər verir ki, bu rəqəm X-Compliance sisteminin statistik məlumatlarında əksini tapıb.

Dekabrın 31-də BMT, ABŞ, Aİ, Böyük Britaniya, İsveçrə, Hollandiya, Belçika, Latviya, Polşa, Çexiya, Avstraliya, Yeni Zelandiya, Kanada, Sinqapur, Yaponiya, Çin və Ukraynanın sanksiya siyahıları açıqlanıb. X-Compliance analitiklərinin monitorinqi zamanı 37 231 nəfərin birbaşa adı çəkilib, o cümlədən 19 879 xarici fiziki şəxs və 17 347 rus. İlin əvvəlində bu rəqəmlər müvafiq olaraq 33 714, 18 483 və 15 231, üçüncü rübün sonunda isə 35 712, 19 044 və 16 668 olub.

Rusiya siyahılarda 9213 fiziki şəxs və 8134 şirkətlə təmsil olunub, ilin əvvəlində bu rəqəm 8410 və 6821 idi.

Artım sürəti (13,9 faiz) sanksiyaya məruz qalan Rusiya vətəndaşlarının sayının iki dəfədən çox artdığı 2023-cü ildəki rekordla müqayisədə kəskin şəkildə yavaşlayıb. 2024-cü ilin statistikasına ABŞ-ın yanvarın əvvəlində həyata keçirdiyi və əsasən yanacaq-energetika sektoruna, logistika və mədənçıxarma sahələrinə təsir edən sanksiyalar siyahısının genişmiqyaslı yenilənməsi daxil deyil.

Musavat.com

Избранный
13
musavat.com

1Источники